SƏNAYE

05 İyun

Neftin bahalaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin avqust müqaviləsinin dəyəri 1,04% artaraq, 1 barelə görə 76,92 dollar təşkil edib.

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,18% artaraq, 72,63 dollara bərabər olub.