SƏNAYE

21 Noyabr

Qətər və Çin arasında 27 illik təbii müqaviləsi

Qatar Energy ilə Sinopec şirkətləri arasında 27 illik mayeləşdirilmiş təbii qaz müqaviləsinin imzalandığı açıqlanıb.

"Fins.az" xəbər verir ki,  Qətər dövlətinə məxsus olan Qatar Energy ilə Çinin neft-kimya şirkəti Sinopec arasında uzunmüddətli alqı-satqı müqaviləsi imzalanıb.

Razılaşmaya əsasən, Qatar Energy-nin Sinopec-ə 27 il ərzində hər il 4 milyon ton təbii qaz tədarük edəcəyi açıqlanıb.

Mütəxəssislər bu müqavilənin təbii qaz sənayesində ən uzunmüddətli müqavilələrdən biri olduğunu qeyd edirlər.

Dünyanın ən çox təbii qaz ixrac edən ölkələri arasında olan Qətər 2009-cu ildən Çinə təbii qaz tədarük edir.