SƏNAYE

26 May

\"Gökbey\" helikopterlərinin ehtiyat hissələri Azərbaycanda istehsal oluna bilər

Türkiyənin "Gökbey" helikopterlərinin ehtiyat hissələri Azərbaycanda istehsal oluna bilər.

Bunu açıqlamasında Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Baş direktoru Temel Kotil deyib.

O bildirib ki, bu gün "Texnofest Azərbaycan"da nümayiş etdirilən "Gökbey" helikopterlərinin kütləvi istehsalına artıq başlanılıb: "Azərbaycana da bu helikopterlərin alınmasını təklif edirik. Tamamilə yerli istehsal olan bu helikopterlərin bəzi hissələri sonradan Azərbaycanda da hazırlana bilər. Sözügedən helikopterin hazırlanmasında təcrübəmizi də bölüşməyə hazırıq" - o qeyd edib.