SƏNAYE

17 May

Azərbaycanda evlərin damında günəş panelləri yerləşdirmək mümkün olacaq

Azərbaycanda insanlar fərdi olaraq evlərinin damında günəş panelləri yerləşdirə biləcəklər.

Bunu energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə bir çox mexanizmlər təmin olunmalıdır.