SƏNAYE

09 İyun

Pərviz Şahbazov Britaniyanın səfiri ilə bir neçə məsələni müzakirə edib 

Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının protokolunun icrasının gedişi müzakirə edilib,

Fins.az xəbər verir ki, cari ilin may ayında fəaliyyətə başlamış Britaniya ticarət palatasının fəaliyyətinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Müəllif: Aynur Qəniyeva