SƏNAYE

31 Mart

Azərbaycanın xaricə satdığı qızılın miqdarı ARTIB

Bu ilin fevral ayında Azərbaycan xarici ölkələrə 24,7 mln ABŞ dolları dəyərində qızıl ixrac edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin mart sayında bildirilir.

Məlumata görə bu göstərici 2020-ci ilin fevral ayının göstəricisi ilə müqayisədə 13,7 mln ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Müəllif: Aynur Qəniyeva