SƏNAYE

16 Noyabr

\"Azəri-Çıraq-Günəşli\"-dən SOCAR-a ötürülən qazın həcmi AÇIQLANIB

Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə 1,6 mlrd. kubmetr səmt qazı verilib ki, bu da 2019-cu ilin müvafiq göstəricisinə bərabərdir.

Fins.az BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin birinci rübünün yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, ötən il ərzində AÇG-dən SOCAR-a gündə orta hesabla 6 mln. kubmetr qaz verilib.

"Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub", - hesabatda deyilir.