SƏNAYE

17 İyul

Azərbaycan alüminium ixracını artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 40 939,02 min ABŞ dolları dəyərində 23 128,22 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalarına görə, 2020-ci ilin ilk 6 ayında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12,3% azalıb, həcmi isə 0,1% artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 128 049,07 min dollar dəyərində (14,1% artım) 64 674,21 ton (30,8% artım) alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

(c)APA