SƏNAYE

17 İyul

Azərbaycan xaricə satdığı qazın həcmini artırıb

2020-ci ilin yanvar-may aylarında Azərbaycan 5 milyard 679,6 milyon kubmetr qaz (artım 8%) ixrac edib. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $1 milyard 227 milyon 791,6 min (artım 18,6%) təşkil edib.

Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycan $14 milyard 447 milyon 114 min məbləğində 31 milyon 238 min ton neft, $2 milyard 569 milyon 583,3 min məbləğində 12 milyard 210,2 milyon kubmetr qaz ixrac edib.

Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə ixrac edilir