SƏNAYE

17 İyul

Bu sektora yatırılmış investisiyalar 17,5 faiz artıb

Yarım ildə neft-qaz sektoruna 2 milyard 778,4 milyon manat yönəldilib. Keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 17,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvar-iyun aylarında neft-qaz sektorunda 10 milyard 760,4 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 2,8 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 2,9 faiz azalıb