SƏNAYE

17 İyul

Azərbaycan elektrik enerjisinin ixracını 24,1% azaldıb

Azərbaycan 2020-ci ilin yanvar-iyun aylarında 920 milyon 166,9 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə  Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

“I yarımillikdə Azərbaycandan $41 milyon 632,3 min dəyərində 920 milyon 166,9 min kVt/saat elektrik enerjisi ixrac olunub. Bu dövrdə ixracın ümumi həcmində 0,54%, qeyri-neft ixracı strukturunda 4,57% elektrik enerjisinin payına düşüb”, - deyə məlumatda bildirilir.

2020-ci ilin I yarısında respublikadan elektrik enerjisinin ixrac həcmi miqdar ifadəsində 24,1%, dəyər ifadəsində 19,8% azalıb.