SƏNAYE

23 Aprel

Rus neftinin ən böyük alıcıları: SOCAR neçəncidir?

Rusiya neftinin ən böyük alıcısı Çinin "Çinoil" (Chinaoil) şirkətidir.

Fins.az xəbər verir ki, bu barədə məlumatı “Forbes” jurnalı yayıb. Məlumata görə, şirkət Rusiyadan 2019-cu il ərzində 18,3 milyard dollar dəyərində 39,7 milyon ton neft idxal edib.

Ondan sonrakı yerlərdə isə “Lukoyl”un İsveçrədəki treyderi “Litasko”, “Rosneft”in treyderi “Rosneft Treydinq”, Fransanın “Total”, Çinin CEFC şirkətləri yer alıb.

Rus neftinin ən böyük alıcıları sırasına 2019-cu ildə SOCAR-ın törəmə şirkəti olan “SOCAR Treydinq”in də daxil olub. Belə ki, “SOCAR Treydinq” siyahıda 18-ci yerdə qərarlaşıb.