SƏNAYE

22 Aprel

TAP-ın nəql etdiyi qaz Avropanın bu platformasında saxlanılacaq

Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya nəql ediləcək Azərbaycan qazı Avropanın PRISMA platformasında rezervləşdiriləcək.

Fins.az -ın məlumatına görə, bununla əlaqədar olaraq martın 31-də TAP AG konsorsiumu və Avropanın qaz-nəqliyyat güclərinin rezervləşdirilməsi platforması (PRISMA) arasında saziş imzalanıb.

Qeyd olunur ki, vahid istehsal gücünün rezervləşdirilməsi üçün ümumi və razılaşdırılmış standartlar və prosedurlar təqdim edən vahid platformadan istifadə etməklə TAP Avropa bazarları inteqrasiyasını davam etdirəcək.

PRISMA platforması vasitəsilə nəqliyyat və saxlama operatorları istehsalat güclərini ilkin və ikinici bazarlarda satır.

Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.