SƏNAYE

21 Aprel

Azərbaycanın Türkiyəyə ixrac etdiyi elektrik enerjisinin həcmi artıb

Gürcüstan bu ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 51,09 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranziti həyata keçirib.

Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Türkiyəyə Gürcüstan üzərindən çatdırılan elektrik enerjisinin həcmində 36,27 milyon kilovatt/saat və ya 3,4 dəfə artım qeydə alınıb.