SƏNAYE

21 Aprel

Neft üçün mənfi qiymət nə deməkdir ?

Anbarlar anbarlarında olan məhsulu təklif etməklə, üstəlik onun üstündə də pul təklif etməyi çox nadir və ekstrim hallarda bizneslər edirlər. Həm də məhdud bir çərçivədə. Ötən gün neft bazarında nə baş verdiyi, kütləvi və gözlənilməz mənfi dalğalanma ilə Qərbi Texas neftinin sıfırın altında 35,63 dollar qiymətə qədər enməsi sual doğurur. Neftin dəyərində bu korroziya dünyada, əsasən də neft anbarlarının artıq “qapağına” qədər dolmasından sonra və əlavə olaraq koronavirus pandemiyası karantinin qeyri-müəyyən bitməsi may və eləcə də iyun fyuçerlərinin bir qədər pessimist saxlayır. Nəticədə bazarda neft bolluğu çərçivəsində təklif karantin səbəbindən təklifi dəfələrlə üstələyir.

1. Satıcılar alıcılara öz neftlərini verərkən niyə pul ödəyirlər?

Bəzi məhsullar saxlanılarkən və ya hər hansısa yeni anbarlara daşınması üçün yenidən yönəltmək onu yerində satmaqla daha rahat başa gəlir. Eləcə də bir çoxları neft quyularını bağlamaqla onlara həmişəlik vermə təhlükəsini göz önünə alırlar. Satılma məkanında isə neft ticarətçiləri bu məhsulu almaq istəməyənlərə qeyd edilən quylarla bağlı təhlükədən sovuşmaq üçün hətta həmin bazara çıxarılan bu xam məhsulu alıcıya təklif edir. Nəticədə neftin hətta üstündə ödəniş də edilir ki, alıcı bunu alsın.

2. Bu tıxac hardan qaynaqlanır?

Pandemiya və eləcə də qiymət müharibəsi enerji bazarı çox dərindən yaralayıb. Bu hər iki hadisə birlikdə neftin dəyəri 0-a qədər endirməli olub. Dünyada virus yayılarkən enerjiyə olan tələbat mərhələli şəkildə düşməkdə idi.   Təkcə İtaliyada karantin rejiminin  tətbiqi göstərdi ki, bu iqtisadiyyata nə qədər zərərli bir hadisədir. Dünyanın nəhəng neft ixracatçıları isə bu hadisələr ərəfisində qiymət müharibəsinə girərək kələ-kəlləyə gəldilər. Nəticədə hər iki nəhəng hasilatçılarının krantlarının bir qədərdə açaraq ifrat neft bolluğu yaratmalı oldu.

3. Bəs anlaşma olmamışdı?

Əlbəttə. Azərbaycanın da qoşulduğu OPEC+ alyansı, ABŞ və G20 ölkələri bununla bağlı cari ayın ilk dekadasında anlaşmalı oldular. Bu anlaşmadan sonra qlobal hasilatın 10% azaldılması razılaşması isə artıq bu bazar üçün verilən çox gec bir qərar olduğunu göstərdi. Hətta bu “doymuş” bazar üçün də bir o qədər böyük azaldılma deyildi. Göründüyü kimi aprel ayında Nymex əmtəə birjasında neftin dəyəri sıfırın altına düşdü.

4. Bu istehlakçılar üçün nə deməkdir?

Hazırda neftin qiymətinin kəskin düşməsindən sonra artıq bir çox istehlakçılar üçün ucuz yanacaq təklifi ilə üzləşməsinə gətirib çıxarıb. Məsələn, Şimali Amerikada benzin alıcıları artıq bir literində daha 1 dollar daha az xərc çəkəcəklər.

(c)Banker