SƏNAYE

21 Aprel

“Azəriqaz” abanentlərinin sayını açıqladı

2020-ci ilin mart ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 135 yeni abonent qeydiyyata alınıb.

Fins.az xəbər veir ki, bu barədə  “Azəriqaz” İstehsalat Birliyi məluamat yayımlayıb

bildilir ki,bu statistik göstəriciyə Bakı, Abşeron və Sumqayıt üzrə 3 486, regionlar üzrə isə 1 649 abonent daxildir.

Daha sonra qeyd edilir ki, 2020-ci ilin ilk 3 ayı ərzində isə (yanvar, fevral və mart) əhali sektoru üzrə 23 581 yeni abonent qeydiyyata alınıb. Beləliklə, hazırda Azərbaycanda qazla təmin edilən əhali qrupu abonentlərinin ümumi sayı 2 milyon 271 min 431-ə bərabərdir. Bundan 1 milyon 396 min 145 abonent regionların, 875 min 286 abonent Bakı şəhərinin payına düşür.

Qeyd edək ki, qeyri-əhali sektoru üzrə 618 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 min kubmetr limit ayrılıb. 

Müəllif:Aynur Qəniyeva