SƏNAYE

13 Aprel

Pərviz Şahbazov: Videokonfrans neft hasilatının azaldılması ilə bağlı bütün maneələri aradan qaldırdı

Neft hasilatının azaldılması üzrə yeni saziş neft bazarının stabilləşməsinə töhfə verəcək və “OPEC+” formatına daxil olamayan ölkələrin hasilatı azaltmaların təşviq edəcək. Energetika naziri Pərviz Şahbazov belə hesab edir.

“Bugünkü görüş və “OPEC plus”un qəti mövqeyi hasilatın azaldılması ilə bağlı qərarın icrası üzrə maneələri və tərəddüdləri aradan qaldırdı”, - Şahbazov bildirib. Energetika Nazirliyi videokonfransın yekunlarına dair məlumatda nazirin sözlərindən sitat gətirir.

Həmçinin, nazir qeyd edib ki, neft bazarının tənzimləmə mexanizmi qlobal səviyyədə dəstəklənir və “bu dəstək neft bazarının sabitləşdirilməsinə töhfə verəcək”.

“Bundan başqa, bu qərar “OPEC+” formatından kənardan ölkələrin də hasilatı azaltmaların təşviq edəcək”, - Şahbazov bəyan edib.

Xəbır verildiyi kimi, OPEC və OPEC+ ölkələri 2020—ci il mayın 1-dən 2022-ci il aprel ayınadək neft hasilatının gündəlik kollektiv şəkildə üç mərhələdə azalmasına dair sazişi təsdiq ediblər. Eyni zamanda, birinci mərhələdə (2020-ci ilin may-iyun aylarında) OPEC+ çərçivəsində azalmanın həcmi gündəlik 9,7 milyon barrel təşkil edicək.