SƏNAYE

10 Aprel

Neftdə diqqətlər G -20 energetika nazirlərinin TOPLANTISINDA

Səudiyyə Ərəbistanı və Rusiyanın liderlik etdiyi, qlobal hasilatın azaldılması və qiymətlərin sabitləşdirilməsi razılaşması, Meksikanın təklif edilən azaltmanı rədd etməsilə əlaqədar olaraq risk altındadır.

Fins.az xəbər verir ki, OPEC və tərəfdaşları dünən hasilatın 3 mərhələli azaldılmasını razılaşdırıblar. İlk mərhələdə gündəlik hasilat 10 milyon barel azaldılacaq. 

Meksikanın energetika naziri Rocio Nahle Garcia-nin təklif edilən istehsal azaldılmasını rədd etməsi, qiymətlərdəki çöküşə baxmayaraq ölkəsinin istehsal və xərcləmə planlarını mümkün olduqca dəyişdirməmək mövzusundakı qərarlığını göstərir.  

Bu gün diqqətlər G - 20-nin energetika nazirlərinin yığıncağındadır. ABŞ və Kanada kimi OPEC+ xaricində qalan ölkələr də gündəlik hasilatılarını 5 milyon barel azalda bilərlər.