SƏNAYE

10 Aprel

SOCAR təxminən $1,3 milyard dəyərində neft, neft məhsulları və qaz ixrac edib

2019-cu ildə SOCAR şirkətinin neft, neft məhsulları və qaz ixracından gəlirləri $1 milyard 289,1milyon təşkil edib. Bu barədə Azərbaycan hökumətinin 2019-cu il ərzində hesabatında qeyd olunur.

2019-cu ildə SOCAR tərəfindən 7,7 milyon ton neft və 6,8 milyard kubmetr qaz hasil olunub. Ötən il qeyd olunan obyektlərdən şirkət 1.4 milyon ton neft və 1,6 milyard kubmetr qaz ixraca yönəldib.

Eyni zamanda, 2019-cu ildə şirkətin neft və qaz ixracından gəlirləri $904,6 milyon təşkil edib.

Bundan başqa, 2019-cu ildə SOCAR $384,5 milyon dəyərində neft məhsulları ixtrac edib. Ötən il şirkət tərəfindən neft məhsullarının daxili satış həcmi 2 milyard 825,1 milyon manat təşkil edib