Aprelin 11-də Mozırsk NEZ üçün “Azeri Light” markalı neft daşıyan növbəti tankerin Odessa limanına çatması gözlənilir. Bu barədə “Belneftexim” konserninin mətbuat katibi Aleksanr Tişenko məlumat verib.
“SOCAR-ın neftini (85 min ton – İF) daşıyan tankerin aprelin 11-də çatması gözlənilir”, - Tişenko bildirib.
Xəbər verildiyi kimi, SOCAR aprelin 8-də Belarusa Azərbaycan neftinin yeni partiyasını nəql etməyi planlaşdırırdı.
(c)İnterfaks
Mart ayında “Socar Trading” Odessa limanı və Odessa-Brodı neft kəməri vasitəsilə Belarusa ümumi həcmi 250 min tona yaxın 3 partiya neft nəql edib.
Öncə “Belneftexim”in məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.