SƏNAYE

10 Aprel

Energetika Nazirliyi: OPEC+ videokonfransının iştirakçıları gələcək tədbirlərlə bağlı müzakirələrə başlayıb

OPEC+ videokonfransının iştirakçıları neft bazarında vəziyyətin sabitləşdirilməsi üçün gələcək tədbirlərin müzakirəsinə başlayıblar. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.

"Görüş neft bazarında ümumi vəziyyətin sabitləşdirilməsi üçün neft hasil edən ölkələr tərəfindən gələcəkdə atılacaq addımların müzakirəsi mərhələsinə keçib", - deyə o bildirib