SƏNAYE

09 Aprel

Rusiya və Səudiyyə Ərəbistanı hasilatın azaldılması ilə bağlı razılığa gəldi

Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edilib. 
Bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.
Qeyd edilən anlaşmanın bir saat öncə başlayan OPEC+ ölkələrin virtual iclasında əldə edildiyi deyilir.
Məlumata görə, apreldən etibarən Rusiya gündəlik neft hasilatını 2 milyon barel, Səudiyyə Ərəbistanı isə 4 milyon barel azaldacaq. 
Ümumilikdə isə OPEC+ ölkələrinin gündəlik hasilatı 20 milyon barel azaltmaq istədiyi qeyd edilib.

(c)report