SƏNAYE

28 Yanvar

\"Türk axını\"nın fəaliiyyətinin ilk ayında 1 mlrd. kubmetr qaz nəql edilib

Rusiyanın "Qazprom" şirkəti "Türk axını" boru kəmərinin istismara verilməsinin ilk ayında 1 milyard kubmetr qaz tədarük edib.

Fins.az "Qazprom"a istinadən verdiyi məlumata görə, bu həcmin 54%-i Türkiyə qaz bazarına, təxminən 46%-i isə Türkiyə-Bolqarıstan sərhədinə çatdırılıb.

Xatırladaq ki, yanvarım 8-də Rusiya qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan "Türk axını" boru kəməri istismara verilib. Açılış mərasimi İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə baş tutub. Kəmər ilə qazın nəqli 2018-ci ilin axırında başlayıb.

Qeyd edək ki, "Türk axını" layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Sözügedən qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi isə Cənubi və Cənubi-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd. kubmetrdir.

(c)APA