SƏNAYE

24 Yanvar

ABŞ-ın xam neft ehtiyatları azaldı

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 0,4 milyon barel (0,1%) azalaraq 428,1 milyon barelə gerilədiyini açıqlayıb. Fins.az xəbər verir ki, bazar proqnozu ehtiyatların 1 milyon barel azalacağı istiqamətində idi.

 

 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları keçən həftə dəyişməyərək 635 milyon barel səviyyəsində sabit qalıb.

 

Söz mövzusu dövrdə ABŞ-ın benzin ehtiyatları isə 1,7 milyon barel (0,7%) artaraq 260 milyon barelə yüksəlib. Bazar gözləntisi benzin ehtiyatlarının 3,1 milyon barel artacağı istiqamətində idi.

 

ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 120 min barel azalaraq 6,43 milyon barel, neft ixracı isə gündəlik ortalama 67 min barel azalaraq 3,41 milyon barelə geriləyib.

 

Söz mövzusu dövrdə ABŞ-da xam neft istehsalı dəyişməyib. İstehsal 11-17 Yanvar həftəsində  də 13 milyon barel səviyyəsində reallaşıb.

 

EIA-nın Yanvar hesabatına görə, ölkənin gündəlik orta xam neft istehsalının bu il 13,3 milyon barel olması nəzərdə tutulur.