SƏNAYE

17 Yanvar

Tütün və tütün məmulatlarının istehsalı artırılacaq

Azərbaycanda tütün və tütün məmulatlarının istehsalının artırılması üçün tədbirlər görüləcək.

Fins.az-ın məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinə 2020-ci ili sonunadək hər rüb tütün və tütün məmulatlarının istehsalının artırılması, həmin məmulatların idxalının azaldılması istiqamətində müvafiq tədbirlər görmək  və nəticələri barədə hesabat təqdim etmək tapşırılıb