SƏNAYE

24 Dekabr

“Azərenerji” və “Azərişıq” son 16 ilin hesabatını verdi – VİDEO

“Azərenerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətləri 2003-cü ildən başlayaraq, Prezident İlham Əliyevin elektroenergetika strategiyasına uyğun olaraq həyata keçirilən genişmiqyaslı işlərlə bağlı video material paylaşıb. Video materialda Prezident İlham Əliyev tərəfindən yaradılan “Bakıelektrikşəbəkə” və onun bazasında formalaşdırılan “Azərişıq” ASC-lərin, həmçinin “Azərenerji” ASC-nin gördüyü işlər və onların nəticələri barədə ətraflı məlumat verilib. Videoda Ölkə başçısınınhəyata keçirdiyi ciddi islahatlar, tikinti, yenidənqurma və bərpa prosesi elektrik enerjisinin istehsalı, ötürülməsi, idarə edilməsi və paylanması sahələrini bütövlükdə əhatə etdiyi və nəticədə Azərbaycanın necə idxalçı ölkədən ixracatçı ölkəyə çevridiyi ardıcıllıqla verilib.  Həmçinin son 16 ildə tikilən elektrik stansiyaları, yarımstansiyalar, ötürücü xətlərin əhatə dairəsi və hazırda “Master Plana” uyğun olaraq görülən işlər də video materialda geniş əks edilib.