MARKETİNQ

10 May

Gucci kriptovalyuta ilə bağlı qərarını açıqlayıb

Dünyanın ən prestijli moda markalarından biri olan "Gucci" bəzi mağazalarında kriptovalyutaları ödəniş üsulu kimi qəbul etməyə başlayacağını açıqlayıb.

İtaliya mərkəzli moda nəhəngi, 10 fərqli kriptovalyuta qəbul ediləcək. Bunlara: "Bitcoin", "Ethereum", "Dogecoin" və "Shiba Inu" kimi məşhur kriptovalyutalar daxildir.

Hər gün daha çox insan tərəfindən qəbul edilən kriptovalyutalar bir çox ölkə və şirkətin gündəmini zəbt etməkdə davam edir. Fərqli sektorlardan olan bir çox şirkət valyutaların gələcəyi kimi görülən bu rəqəmsal valyutalara investisiyalarını artırmağa çalışır.

© Facemark