MARKETİNQ

27 Aprel

“Warner Bros.” kinoşirkəti Rusiya bazarına qayıtmaq istədiyini bildirib

“Warner Bros.” kinoşirkətinin beynəlxalq distribusiya məsələləri üzrə prezidenti Endrü Kripps studiyanın məhsullarını Rusiya Federasiyası bazarına qaytarmaq arzusunu bəyan edib. Bu barədə “Deadline” portalı məlumat yayıb.

Fins.az-ın məlumatına görə, E.Kripps bu barədə Las-Veqasda kinoteatr sahiblərinin toplaşdığı “CinemaCon” sərgisində bildirib.

Daha əvvəl Amerikanın “The Walt Disney” şirkəti Rusiyada bütün fəaliyyətini dayandırıb. Həmçinin “Sony Pictures” şirkəti müvafiq qərar qəbul edib. “Warner Bros.” studiyası da martın 2-nə Rusiyada nəzərdə tutulmuş “Betmen” filminin premyerasını dayandırıb.