MARKETİNQ

12 Mart

Uorren Baffet sərvəti 100 milyard dolları keçən beşinci şəxs oldu

“Berkshire Hathaway” investisiya şirkətinin rəhbəri Uorren Baffet dünyada sərvəti 100 milyard dolları keçən beşinci iş adamı olub.

“Forbes” xəbər verir ki, hazırda onun 100.3 milyard dollar həcmində sərvəti var.

Baffetin yalnız Ceff Bezos (“Amazon”, 179.6 milyard dollar), İlon Mask (“Tesla” və “SpaceX”, 165.1 milyard dollar), Bernar Arno (“Dior” və “Louis Vuitton”, 158.5 milyard dollar) və Bill Qeytsdən (“Microsoft”, 125.6 milyard dollar) geri qaldığı bildirilir.

Xatırladaq ki, Baffet həm də böyük xeyriyyəçi kimi tanınır. 2006-cı ildə o, xeyriyyə məqsədləri üçün 37 milyard dollar ianə edib.