MARKETİNQ

10 Mart

Amazon “Just Walk Out” texnologiyasını satmağı düşünür

Amazon şirkəti Just Walk Out sistemini digər ticarət şəbəkələrinə satacaq.

Bu barədə Reuters yazır.

Adıçəkilən texnologiya satıcı və kassirləri olmayan ticarət nöqtələri açmağa xidmət edir: alıcılar sadəcə məhsulu alıb mağazanı tərk edirlər – pul isə çıxışda hesabdan götürülür. Belə ki, sistem özü müştərinin hansı məhsulu aldığını qeyd edir və qəbz çıxarır. Bunun üçün mağaza xüsusi kameralarla təchiz olunub.

Qeyd edək ki, sistemdən istifadə üçün alıcı Amazon Go tətbiqini yükləməlidir və bundan sonra o, giriş üçün QR-kod əldə edir.

Şirkət sistemdən bəhs edən sayt da açıb. Amma orada texnologiyanın qiyməti barədə məlumat yoxdur. Amazon lazımi avadanlıqların quraşdırılmasının cəmi bir neçə həftə çəkəcəyini əminliklə bildirib. Mağaza da bundan sonra fəaliyyətə başlayacaq.