MARKETİNQ

27 Fevral

“Nike”dan Kobi Brayanta: Mamba Forever – Video

Wieden + Kennedy Portland agentliyi idman malları istehsalçısı Nike üçün əfsanəvi basketbolçu Kobi Brayanta (Koby Bryant) həsr edilən reklam kampaniyası hazılayıb.

Fins.az xəbər verir ki, yanvarın 26-ı Cənubi Kaliforniyada helikopterin qəzaya düşməsi nəticəsində Kobi Brayant, qızı da daxil olmaqla 9 nəfər vəfat etmişdi.

Bir çox insan üçün o, basketbol oyunçusundan daha çoxudur və onun uğurları da sadəcə öz sahəsi ilə bağlı deyil. Əfsanəvi basketbolçu bir çox reklam filmində yer alıb, eyni zamanda 2018-ci ildə Dear Basketball adlı qısa animasiya filmi ilə də Oscar qazanmışdı.

Nike üçün hazırlanan Mamba Forever kampaniyasında isə Kobi Brayant deyilən zaman ağla gələn ifadələrə yer verilir.

Filmdə qara ötrük üzərində ağ yazılar axır. “Forever” (Əbədi) ifadəsi sabit qalır və basketbolçunun şəxsiyyətini ifadə edən sözlər onun sonuna əlavə edilir.

Doğulduğu yer Filadelfiya, uşaqlığını keçirdiyi İtaliya, karyerası ərzində əldə etdiyi uğurlardan vacib saylar, forma nömrələri, Oscar mükafatı axıb gedən yazılar arasında yer alır.

Təbbi ki, buna əlavə olaraq Kobi Brayant yaxşı ata və yoldaş idi. Son olaraq isə onu hafizələrdə hər zaman ifadə edən bir söz var: Black Mamba.

Nike, Kobi Brayantı ifadə edən bu ifadələrin yer aldığı reklam kampaniyasının əfsanəvi basketbolçu üçün təşkil edilən anım mərasimi sırasında özünün bütün sosial media hesablarında paylaşdı.

Müştəri: Nike

Agentlik: W+K PORTLAND

Musiqi: Artists Hammock, Song Mysterium

Səs: Company Joint

Videoya keçid üçün link -ə klik edin.

©Facemark.az