Əsas xəbərlər
Yenidən ticarət edilən Evergrande səhmləri kəskin ucuzlaşdı Neft ucuzlaşıb Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Bitkoin bütün zamanların ən yüksək səviyyəsində-SON QİYMƏT Nazir müavini: Əsas hədəfimiz işğaldan azad olunmuş ərazilərə investorların cəlbini təşkil etməkdir Yeni nəsil Range Rover modelinin debüt tarixi açıqlanıb Yoluxanların sayı yenə artdı – STATİSTİKA “BakuBus”ın rəhbəri yenidən dəyişib Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi BNA tendedrt elan edir Daşınmaz əmlak qiymətlərinin şişirdilməsinə görə dünya şəhərlərinin reytinqi – TOP-25 “P&G” xammal və yük xərclərinə görə məhsulların qiymətlərini artıracaq Azərbaycanda dəmir yolu ilə yük və sərnişin daşımaları artıb “Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir DİN-də yüksək vəzifəyə TƏYİNAT Qarabağın rəqəmsal su ehtiyatları xəritəsi hazırlanır ASA rəhbərliyi Moskvada keçirilən beynəlxalq sığorta konfransında iştirak edib Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib Hülya Gedik: Azərbaycan bazarına 5 milyon dollar investisiya qoymuşuq Daha bir marşrut xətti “BaklKarta” keçdi Nazir müavini Qarabağdakı “ağıllı şəhər”in konsepsiyasından danışdı İşğaldan azad edilən ərazilər 2022-ci ilədək elektrik enerjisi ilə tam təmin oluna bilər “Facebook” adını dəyişəcək Nazir müavini: “Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər gələn il 20-40% artırılacaq” Taxıl sahələri üçün əkin subsidiyaları aqrar sığorta şərti ilə veriləcək GEDİK HOLDİNG AZƏRBAYCANDA İqtisadiyyat Nazirinin müavinindən işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı Açıqlama Azərbaycan neftinin qiyməti dəyişib Nazir müavini işğaldan azad olunan ərazilərin külək və günəş enerji potensialının həcmini açıqlayıb Nazir müavini: İlin sonunadək işğaldan azad edilən bütün ərazilərin elektrik enerjisi ilə təmin edilməsi əsas hədəflərdən biridir Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır Avtomobillər “Eternals” filminin personajları kimi “geyindirildi” – FOTO Koronavirusla bağlı SON STATİSTİKA İllik cəmi 14.44% ilə nağd pul krediti Rabitəbankda mümkündür Rusiyada “Maşa və Ayı” cizgi filminin personajlarından ibarət xatirə pulları buraxılır – VİDEO Koronavirusu ağır keçirənlərin də həyatını xilas etmək mümkün olacaq Çin 500 tonluq raket mühərrikini sınaqdan keçirib Zəngilanın işğaldan azad edilməsindən bir il ötür – SİYAHI Müdafiə naziri yeni yaradılan komando hərbi hissəsində olub Zəngilanda radio və televiziya yayımı bərpa olundu Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Pegasusdan 6 Airbus A321neo sifarişi Avropa Birliyi maliyyə qaydalarını dəyişməyə hazırlaşır Dünyanın ən çox qazanan liderləri kimlərdir? Çin kömür qiymətlərinə müdaxilə etməyi düşünür Pərviz Şahbazov 2-ci “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda çıxış edib Kamil Əliyevin 100 illik yubileyi “Azərxalça” da qeyd olunub Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Yelo Bank “Qan ver, həyat bəxş et” aksiyasını keçirdi “Bank of Baku”-nun kapitalı 18.8% artıb -HESABAT Azərbaycanda sutkalıq yoluxma sayı iki mini ötdü – FOTO Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 1,4 dəfə artıb Azərbaycan bankları bu gün nə qədər dolar alıb ?-MƏBLƏĞ AccessBank tender elan edir Fitch Ratings PAŞA Yatırım Bankası-nın reytinqini təstiqləyib-HESABAT İlham Əliyev Türk Şurasına üzv dövlətlərlə vacib memorandumu TƏSDİQLƏDİ MEDİA Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı azaldılır – FƏRMAN Azərbaycanın xaricdə ən çox tələb olunan ərzaq məhsulları hansılardır? – SİYAHI Rusiyadan Avropaya “Şimal Axını 2 yoxdursa, əlavə qaz da yoxdur” tələbi Rusiyadan Google-a irihəcmli CƏRİMƏ Bitcoin yenidən BAHALAŞDI Nazir iki rayona yeni rəis təyin etdi Azərbaycanda reklam bazarının vəziyyəti müzakirə edilib  “Kristal Abşeron” işçi axtarır Yemeksepeti-nin sahibi Getir-in rəqibinə sərmayə qoyub Sabahın hava proqnozu İndoneziya Mərkəzi Bankı faiz qərarını açıqlayıb Bu ilin 8 ayında 36 mindən çox nikah, 11 mindən çox boşanma qeydə alınıb Metroda gedişhaqqı artırılacaq? – RƏSMİ AÇIQLAMA Bu il Azərbaycanda 51 üçəm, 4 dördəm doğulub Azərbaycan əhalisinin nominal gəlirləri 2% artıb Dövlət büdcəsində 160 mln. manatlıq profisit yaranıb Azərbaycan əhalisinin sayı AÇIQLANDI Azergold tender elan edir Azərbaycanda reklam televiziyası yaradılır Reklamçıların vahid birliyi yaradılır-AÇIQLAMA Rusiya NATO ilə əməkdaşlığı dayandırır İqtisadiyyat Nazirliyinin qurumu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göstəriş verib Azərbaycanda sığorta xidmətləri ilə bağlı mobil tətbiqlər hazırlanacaq Azərbaycanın sığorta bazarı 13% böyüyüb Kapital Bank işçi axtarır Koronavirusla bağlı SON STATİSTİKA “Rebuild Karabakh”sərgisində iştirak edəcək şirkətlərin sayı açıqlanıb Rusiyada təqaüdlü təhsil üçün müraciətlərin qəbuluna az qaldı Azərbaycanda məktəblər bağlanır? – Təhsil Nazirliyindən AÇIQLAMA Jeep Wagoneer qeyri-rəsmi satışa çıxarıldı – FOTO İcbari tibbi sığorta üzrə özəl xəstəxanalara məhdudiyyətlər aradan qaldırılır “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin keçirilmə vaxtı açıqlanıb Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub Xarici İşlər Nazirliyi tender elan edir “Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib “VKontakte”nin işində qüsurlar yaranıb NEQSOL Holding, Ukraynanın ən böyük sement istehsalçısının paylarını almaq niyyətini şərh edib Mitsubishi Outlander PHEV modelinin debüt tarixi bəlli olub Balın tərkibini və keyfiyyətini necə müəyyənləşdirmək olar? Daha bir məktəb distant tədrisə keçib Bakıda koronavirusa ən çox yoluxma bu rayonadır Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı “Apple” üçüncü nəsil simsiz qulaqlıqlarını təqdim edib Təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili hansı faydalar verəcək? Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı Türkiyədə 5,8 bal gücündə zəlzələ olub Qarabağın turizm potensialı qiymətləndiriləcək Spotify yüzlərlə adamı işə götürəcək Azərbaycanda daha iki universitetdə tələbələr koronavirusa yoluxub, 14 qrup bağlanıb Azərbaycan nefti ucuzlaşıb-SON QİYMƏT Milyonlarla dollar gəlir qazandılar Expressbank III rübü 8.13 milyon xalis mənfəətlə başa vurub Goldman qaz qiymət proqnozunu artırır Neft UCUZLAŞIB Bu sahədə dünya birincisi olacağıq – Ərdoğan Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Apple 2 yeni məhsul təqdim edib-QİYMƏT “Qazprom” un Türkiyəyə qaz ixracı 125% artıb Zelenski Mərkəzi Bankın rəhbərini dəyişməyi planlaşdırır Kapital Bank-ın aktivləri 14.7% artıb -HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB “Mətanət A” məhsulları tədrisdə istifadə olunur Gürcüstanın Azərbaycana borcu açıqlanıb Məşhur aparıcı 2021-ci ilin avtomobilini seçib “Embafinans” QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib Prezident Füzulidə hər evin neçə sot torpağı olacağını açıqlayıb Tələbələr koronavirusa yoluxdu: Universitetdə dərslər məsafədən tədrisə keçdi – RƏSMİ “Netwoking Azerbaijan” növbəti tədbirini keçirib Azərbaycan ötən həftə Voronej vilayətindən süd və kolbasa idxal edib Fransız lüks markalarının səhmləri kəskin UCUZLAŞDI Bank VTB (Azərbaycan) ASC TENDER ELAN EDİR Azad olunan ərazilərdə sosial infrastrukturun qurulmasına dair təkliflər təqdim edilib İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlavə 2,4 milyon manatlıq dərman alır Sabah leysan olacaq – PROQNOZ Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Daha 5 startapa şəhadətnamə verildi Nazirlik: “1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq” ASAN Xidmət tender elan edir Nağdsız ödənişlərdən hər hansı vergi tutulması ilə bağlı açıqlama -RƏSMİ Bakıda 20 nömrəli məktəb distant tədrisə keçib – RƏSMİ Rezidenturanın boş qalan yerlərinə qəbul elan edilib Tesla səhmləri 7 ay ərzində 50% bahalaşıb Azərbaycana gətirilən avtomobillərin sayı AÇIQLANDI – RƏSMİ Anar Əskərov: Marketinq tədbirləri TV izləməyən təbəqəyə təsir etmir Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib Xalq Bankın ödəniş kartlarını Hesab.az-da PULSUZ əldə edin! Orxan Məmmədov: Müvafiq istiqamətlər üzrə 15 layihə maliyyələşdirilib Dövlət başçısının yeni sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək? – Nazirlik açıqladı “Heç bir kredit götürmədən bu işləri görəcəyik” Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb 275 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub Yeni İli Şahdağ oteldə keçirmək istəyənlər üçün ƏLA ŞANS Kaspersky xəbərdarlıq edir: zərərli proqrama yönləndirən məktub ala bilərsiniz “SOCAR İstiqrazlarını bizim vasitəmizlə alan fiziki şəxslərin illik 5% qazanmasını təmin edirik” Deputat şəhid anasının “uşaq pulu” ilə bağlı təklifindən danışdı İlham Əliyev xalqa müraciət etdi PAŞA Bank “SIBOS 2021” Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Hökumət maaş, pensiya və müavinətlərin artırılması ilə bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək Çin iqtisadiyyatı 9,8% böyüyüb Xarici bazarlarda müşahidə olunan inflyasiya Azərbaycana da təsir edir – ARAŞDIRMA İngiltərədə yüksək məvaciblə “Simpsonlar”ı izləyəcək şəxs axtarılır İcbari siğorta üzrə bilmək lazım olan doqquz VACİB MƏQAM Başqırdıstandan Azərbaycana quş əti və yumurtanın gətirilməsinə məhdudiyyət qoyulub Bu il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb Beynəxalq Bank işçi axtarır Neft kəskin bahalaşdı “İnvestorlar daha böyük bazar dalğalanmalarına hazır olmalıdır” Qızıl yenidən UCUZLAŞDI “Google”dan Azərbaycana bayram təbriki Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Artımlar 1,8 milyon vətəndaşı əhatə edəcək Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı Novak: Avropadan əlavə qaza tələbat yoxdur Əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır – Sərəncam Yeni tarif dəyişikliklərinin – İzahı Tarif Şurası işığın və qazın qiymətinə dəyişiklik etdi Onun ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər Azərbaycan Sənaye Bank-nın kredit portfeli 28,5% azalıb-HESABAT Ərdoğan Azərbaycanla yeni qaz müqaviləsindən danışdı “Bitcoin”in qiyməti 60 min dolları ötüb-REKOR BAHALAŞMA Xalq Bank III rübün yekunlarını elan etdi Günəş, qum və dəniz tətili – DUBAY TURU Havanın temperaturu kəskin enəcək – XƏBƏRDARLIQ Bank Respublika işçi axtarır Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Peşə təhsili kredit sistemi ilə təşkil olunacaq Deputat TƏBİB və nazirliyi tənqid etdi Son sutkada koronavirusa yoluxanların SAYI AÇIQLANDI Prezident: Azərbaycan İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb İlham Əliyev: Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü iş günü sayılacaq Deputat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini yoxlamağa çağırdı 3 sərhəd keçid məntəqəsi arasında avtomobil yolunun tikintisi davam edir “AzFinance” İnvestisiya Şirkəti sahibkarlara onlayn sertifikatlı təlim keçib PAŞA Bank rəsmisi: PAŞA Bank qızıla investisiya etməyib İlham Əliyev: Ağdam şəhərini Qafqazın Hirosiması adlandırırlar FAO Azərbaycanda kənd təsərrüfatı sahəsində 270-dən çox layihə reallaşdırıb Rövnəq Abdullayev TOTAL şirkətinin nümayəndələri ilə görüşüb Milli Məclisdə səhiyyə xərclərinin artırılması təklif olunub Pay torpaqlarına reyestr çıxarışının verilməsinə görə rüsum tutulmayacaq Ekonom Gürcüstan TURU Əmək qabiliyyətinin itirilməsi və ya ölüm hallarına görə təzminat alınması sığorta ilə mümkündür? – AÇIQLAMA Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxılıb Mikayıl Cabbarov türk səfirlə Preferensial Ticarət Sazişinin genişləndirilməsini müzakirə edib Bank of Baku işçi axtarır Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır Bakının “Ukrayna dairəsi”ndə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək Ötən ay daha çox hansı xəstəliklərə görə həkimə müraciət olunduğu açıqlanıb Yeni “Land Cruiser”lərin qiyməti “əl yandırır” Azərbaycan iqtisadiyyatı 5%-ə yaxın böyüyüb Naxçıvan Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb Azərbaycanın qeyri-neft ÜDM-i 6,2% artıb Kaspersky-dən kiberbullinqlə bağlı AÇIQLAMA Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2,8% artıb Milli Məclisin iclası başlayıb Türkiyə Azərbaycandan əlavə 11 mlrd. kubmetr qaz alacaq Azərbaycanda muzdlu işçilərin sayı artıb, ortaaylıq əməkhaqqı 725 manatı keçib Kapital Bank aztəminatlı ailələrə dəstəyini davam etdirir PAŞA Kapital investisiya şirkəti “Silk Vey Vest Aviaşirkəti”-nin 50 milyon dollarlıq istiqraz buraxılışını həyata keçirəcək Azərbaycanda ortaillik inflyasiya 5,2% təşkil edib Məktəblərdə dərsliklər çatışmır? – Nazir müavinindən AÇIQLAMA Benksinin doğrayıcı ilə kəsilmiş rəsmi rekord qiymətə satılıb “Facebook” rəhbərindən “WhatsApp”dakı yeniliklə bağlı paylaşım Buster doza vurduranların sağ qalmaq şansı dəfələrlə artacaq Azərbaycanda yeni peşə təhsili ixtisasları yaradıldı – QƏRAR “Savalan” ASC səhmdarlarının iclası keçiriləcək Bir il əvvəl bu gün azad edilən ərazilər – SİYAHI Qida məhsullarının reytinqi hazırlanıb Vətəndaşların DİQQƏTİNƏ: Bakının bəzi yerlərində su olmayacaq Koronavirusla bağlı SON STATİSTİKA Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır Bakı Dövlət Universiteti tender elan edir Kapital Bank işçi axtarır “OBA”marketdə 74 minlik mənimsəmə Bitkoin yenidən rekord həddə BAHALAŞDI Bayden borc limitini artıran qanun layihəsini imzalayıb Neft BAHALAŞIB Zelenskinin Britaniyaya səfər tarixi açıqlandı Müdafiə Nazirliyi daha bir açıqlama yaydı Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Avropada qazın qiyməti bahalaşdı Azərbaycandakı banklar dollar qəbulunu dayandırıb SOCAR neft hasilatını artırıb-HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Nazir: “Azərbaycan neftin hazırkı qiymətlərindən razıdır” Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək Yoluxanların sayı bu gün də artdı Dünya maşın bazarında SON VƏZİYYƏT Rövnəq Abdullayev Əlcəzairin səfiri ilə görüşüb Ermənilər Qarabağda olan mədəni abidələrin 95%-ni məhv ediblər – NAZİR Anar Əliyev Caspian Energy Clubun təşkil etdiyi “CEO Lunch”-da iştirak edib Daha bir marşrut avtobusunda önənişlər “BakıKart”la olacaq İnstagram yenidən çökdü Prezident 3,3 milyon manat ayırdı PAŞA Bank rəsmisi: Ümumilkdə 38-ə yaxın fərqli xarici partnyorla geniş əməkdaşlıq edirik Ölkədə əks-göstəriş sertifikatı alanların sayı məlum olub “Hyundai” avtomobilləri üçün çip istehsalına başlayacaq Daimler yeni Mercedes-Maybach konseptini hazırlayır OPEC + nazirləri 2021-ci ilin dekabrında üz-üzə görüşlərini bərpa edə bilərlər Bakı Metropoliteni tender elan edir Sabaha olan HAVA PROQNOZU Azərbaycan və Lukoyl alternativ enerji sahəsindəki layihələri müzakirə edir İndiyədək neçə yeniyetmə vaksinasiya olunub? – RƏSMİ Azərbaycana neçə ölkədən quşçuluq məhsulu gətirilmir? – RƏSMİ

Macarıstanda pulsuz təhsil almaq istəyənlər üçün tələb olunan sənədlər və şərtlər

Macarıstanda pulsuz təhsil almaq istəyənlər üçün tələb olunan sənədlər və şərtlər

Macarıstan 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir.

Fins.az AzEdu.az-a istinadən  təqaüd proqramı haqqında ətraflı məlumatları təqdim edir:

Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub:

Tam bakalavriat və magistratura təhsil proqramları üzrə

Kənd təsərrüfatı, su idarəetməsi – 10 təqaüd;

Təbiət elmləri, davamlı inkişaf – 20 təqaüd,

Turizm – 15 təqaüd;

Mühəndislik, informasiya texnologiyaları, texnologiyalar – 75 təqaüd;

İqtisadiyyat, biznes və idarəetmə elmləri – 55 təqaüd;

-doktorantura təhsili üzrə

İstənilən maraq dairəsi üzrə – 25 təqaüd.

 Tələbələr üçün nəzərdə tutulmuş təqaüd Macarıstan tərəfindən aşağıdakı xərcləri əhatə edir:

 – ödənişsiz təhsil;

– universitet yataqxanasında yaşayış;

– tibbi sığorta;

– aylıq təqaüd.

Mövcud qanunvericiliyə əsasən, aylıq təqaüd ümumi olaraq aşağıdakı kimi müəyyənləşdirilib:

– Bakalavriat və magistratura proqramları üçün aylıq 43,700 Macarıstan forinti;

– Doktorantura proqramları üçün təlim və tədqiqat dövründə aylıq 140.000, dissertasiya dövründə isə aylıq 180.000 Macarıstan forinti.

Diqqət: Təhsil yerinə gediş-gəliş xərcləri tələbələrin özləri tərəfindən qarşılanır.

Macar dilində ali təhsilə başlamazdan əvvəl tələbələr bir illik hazırlıq kursu keçməlidirlər.

İngilis dilində proqramlar üçün müraciət edən tələbələr ev sahibi olan təhsil müəssisəsi və Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş səviyyədə müvafiq ingilis dili biliyinə malik olmalıdırlar.

Müraciət forması və tarixlər:

  1. Təqaüd proqramına sənəd qəbulu 3 yanvar 2020-ci il saat 23:59-a kimi aparılacaq.
  2. Təqaüd proqramına müraciət edəcək iddiaçılar hər iki ölkənin müvafiq electron ərizə sisteminə müraciət etməlidir: 1-ci Macarıstan elektron ərizə sistemi doldurulub təsdiq edilməlidir: //apply.stipendiumhungaricum.hu/

2-ci Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət edilməlidir (03.01.2020/23:59-dək): //app.htp.edu.az/

  1. Hər iki elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar;
  2. Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron poçt vasitəsilə bildiriləcək;
  3. Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaq;
  4. Hər bir namizədlə keçirilmiş müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır;
  5. Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur;
  6. Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Macarıstan tərəfinə (TPF) təqdim ediləcək;
  7. Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Macarıstan tərəfinə göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə seçim sıralamasına uyğun olaraq (1,2) göndəriləcək;

*Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaq.

10.Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2020-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir;

Qeyd: 2020/21-ci tədris ili üzrə təqaüd qazanmış şəxslər fors-major (xüsusi və gözlənilməz) hallar istisna olmaqla, Təhsil Nazirliyi və Tempus Fondunun razılığı olmadan, təhsillərini növbəti semestrə və ya akademik ilə təxirə sala bilməzlər.

Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar

Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:

  1. Bakalavrdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 2 ixtisasa uyğun olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur);
  2. İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmalıdır;
  3. Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 450, digər sahələr üzrə ən azı 550 bal toplamalıdırlar;
  4. Dövlət İmtahan Mərkəzi (DİM) (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən iddiaçıların attestat və ya orta ixtisas diplomu üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 5 ballıq sistem üzrə 4 baldan, 100 ballıq sistem üzrə isə 71 baldan aşağı olmamalıdır;
  5. DİM (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən gənclərin akademik göstəricilərini sübut edən, beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 75 faizindən az olmamalıdır;
  6. Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50 faizdən çoxunu tamamlamamış olmalıdır;
  7. Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır.
  8. Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (bakalavriat təhsil səviyyəsi üzrə IELTS sertifikat balı minimum 6.0 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla), magistratura və doktorantura səviyyələri üzrə 6.5 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla) və ya digər sertifikatların bu göstəriciyə ekvivalentini təşkil etməlidir;
  9. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcək;

10.“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (…dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.

Tələb olunan sənədlər:

  1. Macarıstan təqaüd proqramı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin electron ərizələrinin (təsdiqlənmiş) surətləri (müsahibə mərhələsi üçün);
  2. Avropa İttifaqı CV nümunəsində (Europass format) doldurulmuş CV (namizədin şəkli əlavə olunmalı, təhsil almaq üçün müraciət etdiyi dildə və ya ingilis dilində hazırlanmalı);
  3. Təhsil alacağınız ixtisas və Macarıstanda təhsillə bağlı məqsəd və gözləntiləriniz barədə minimum 1 səhifədən ibarət qısa xülasə (Times New Roman 12 şrifti ilə ingilis və ya macar dilində yazılmış);
  4. Xarici dil sertifikatı;
  5. Təhsil sənədləri (ingilis və ya macar dilində notarial qaydada tərcümə və təsdiq olunmuş)
  6. bakalavriat təhsil səviyyəsi üçün orta təhsili bitirmə haqqında sənəd (attestat);
  7. magistratura təhsil səviyyəsi üçün bakalavr diplomu və transkript;
  8. doktorantura təhsil səviyyəsi üçün bakalavriat və magistratura diplomu və transkriptlər;

Qeyd: I-II təhsil illərində oxuyan şəxslər təhsil aldıqlarına dair müvafiq arayış və transkript təqdim etməlidirlər.

QEYD: Sadalanmış ali təhsil sənədlərindən hər hansısa birini (bakalavr və ya magistr diplomu) namizəd xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənəd təqdim etməlidir.

  1. QİÇS, Hepatit A, B, C və ya başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayış (ingilis və ya macar dilində təqdim olunmuş və ya notarial qaydada tərcümə təsdiq olunmuş) Qeyd: 1 noyabr 2019-cu il tarixindən sonra alınan arayışlar;
  2. Şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun surəti;
  3. Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;
  4. İki ədəd tövsiyə məktubu.

 Doktorantura proqramı üçün müraciət edən namizədlər aşağıdakı sənədləri əlavə olaraq təqdim etməlidirlər:

10.Tədqiqat işi (minimum 2 səhifə, Times New Roman 12 şrifti ilə, təhsil almaq üçün müraciət etdiyi dildə yazılmış).

Qeyd: Müsahibə mərhələsinə dəvət olunan şəxslər yalnız Təhsil Nazirliyinin Elektron Ərizə Sisteminə yüklədikləri sənədlərin surətini və hər iki (Macarıstan və Azərbaycan) elektron ərizənin surətlərini gətirməlidirlər.

  1. Elmi rəhbərdən müvafiq arayış – (Namizədin qəbul olunduğu ali təhsil müəssisəsində müvafiq “supervisior”dən ona elmi rəhbərlik edəcəyinə dair sənəd əldə olunmalı və aidiyyəti üzrə elektron sistemlərə yükləməlidir).

İstisna hallarda aşağıda qeyd olunmuş tələb olunan sənədlərin sonradan göndərilməsi mümkündür:

– tam orta təhsili bitirmə haqqında sənəd: tam orta təhsil səviyyəsində sonuncu yarımillikdə təhsil alanlar üçün;

– bakalavr diplomu: bakalavriat təhsil səviyyəsində sonuncu semestrdə təhsil alanlar üçün;

– magistr diplomu: magistratura təhsil səviyyəsində sonuncu semestrdə təhsil alanlar üçün;

Qeyd olunan çatışmayan sənədlər 1 avqustdan gec olmayaraq təqdim olunmalıdır.

Diqqət! Sadalanmış sənədlərdən hərbi möhlət hüququnu təsdiq edən sənəd (eyni təhsil səviyyəsi üzrə ikinci dəfə təhsil almaq istəyən namizədlər üçün) və ali təhsil sənədinin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənəd (xarici ali təhsil müəssisələrinin məzunları üçün) Təhsil Nazirliyinin elektron ərizə sistemi üzərindən 30.01.2020-ci il tarixinədək elektron qaydada təqdim olunmalıdır.

Qeyd 1: Müraciət edən namizədlərin yaşı 18 yaşdan (01 sentyabr 2002-ci ildən əvvəl doğulmuş olmalıdır) aşağı olmamalıdır (“Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramı”nın tələbinə əsasən, müvafiq tədris ilində 01 sentyabr tarixinə qədər 18 yaşı tamam olmayan Azərbaycan Respublikası vətəndaşları təqaüd proqramına müraciət edə bilməzlər).

Qeyd 2: Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Təhsil Nazirliyinin electron ərizə sistemi iddiaçılara yalnız bir təqaüd proqramına müraciət etməyə icazə verir.

Qeyd 3: Poçt və ya elektron poçt vasitəsilə sənədlərini Təhsil Nazirliyinə göndərən şəxslərin sənədləri nəzərə alınmayacaq. Seçim prosesində YALNIZ sənədlərini Macarıstan təqaüd proqramının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemləri vasitəsilə təqdim etmiş şəxslərin sənədlərinin qiymətləndirilməsi aparılacaq.

Qeyd edək ki, təqaüd proqramı ilə bağlı suallarınızı [email protected]  elektron poçtuna ünvanlaya bilərsiniz.

SHARE THIS STORY

FacebookTelegramTwitter