İDMAN

03 May

Ən çox qol vuran futbolçuların siyahısında lider dəyişib

2023-cü ildə bütün turnirlərdə ən çox qol vuran futbolçuların siyahısı yenilənib.

Fins.az məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi cədvəldə lider dəyişikliyi olub.

Əvvəlki reytinqə başçılıq edən İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Markus Reşford artıq 6-cı pilləyə düşüb.

Birinci yerə isə Mançester şəhərinin digər təmsilçisi “Mançester Siti”nin üzvü Erlinq Holann yüksəlib. Norveçli forvard ilin geridə qalan dönəmində bütün turnirlərdə aktivinə 23 qol yazdırıb.

Siyahıya ümumilikdə 12 və daha çox qol vuran 79 futbolçu salınıb. Azərbaycanda 2023-cü ilin ən məhsuldar futbolçuları “Qarabağ”ın hücumçusu Musa Qurbanlı və “Sabah”ın üzvü Coy Lens Mikelsdir. Hər iki oyunçu bu il Premyer Liqada aktivinə 8 qol yazdırıb.

©Report