İDMAN

03 Mart

\"Real Madrid\" Mbappe üçün 220 milyon avro təklif edəcək

İspaniyanın "Real Madrid" klubu yayda Fransa PSJ-sində çıxış edən Kilian Mbappeni heyətinə qatmağa çalışacaq.

Fins.Az "Abc.es" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı hücumçu üçün 220 milyon avro təklif edəcək.

Qeyd edək ki, Mbappenin Paris klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır. O, cari mövsüm PSJ-nin heyətində 29 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

©Report