İDMAN

11 Noyabr

Joze Mourinyo futbolçulardan birinə \"Roma\"dan ayrılmağı tövsiyə edib

İtaliya "Roma"sının baş məşqçisi Joze Mourinyo futbolçularından birinə klubu tərk etməyi tövsiyə edib.

Fins.az xəbər verir ki, buna oyunçunun qeyri-peşəkar münasibət göstərməsi səbəb olub.

Portuqaliyalı mütəxəssis bu barədə "Sassuolo" ilə 1:1 hesablı heç-heçə etdikləri A Seriyasının XIV tur oyunundan sonra açıqlama verib, lakin futbolçunun adını açıqlamayıb: "Demək olar ki, paltardəyişmə otağına getmirəm. Bu gün isə onunla danışdım və yanvarda klubdan getməsini tövsiyə etdim. Amma bunun nə ilə nəticələnəcəyini bilmirəm".

Qeyd edək ki, Joze Mourinyo 2021-ci ildən "Roma"nın baş məşqçisidir.