İDMAN

25 Fevral

İtaliya A seriyasında 6 oyun koronavirus səbəbindən azarkeşsiz keçiriləcək

İtaliya A seriyasının altı oyunu azarkeşsiz keçiriləcək.

Fins.az-ın məlumatına görə, XXVI turun koronavirusun yayıldığı bölgələrdə keçirilməli olan matçları qapalı tribunlar önündə baş tutacaq.

Bunu idman naziri Vinçentso Spadafora da təsdiqləyib. Turun mərkəzi oyunu olan “Yuventus” – “İnter” matçı da azarkeşlərsiz təşkil olunacaq.

Eyni qərar “Udineze” – “Fiorentina”, “Milan” – “Cenoa”, “Parma” – “Spal”, “Sassuolo” – “Spal” və “Sampdoriya” – “Verona” qarşılaşmalarına da şamil olunacaq.