İDMAN

30 Yanvar

“Beşiktaş”ın sabiq baş məşqçisi “Qarabağ”da işləyəcək

Son olaraq Türkiyənin “Başakşəhər” klubunun 19 yaşadək komandasının (U-19) baş məşqçisi olmuş Öndər Karavəli Azərbaycanda işləyəcək.

Fins.az xəbər verir ki, o, “Qarabağ” Akademiyasında koordinator müavini vəzifəsində çalışacaq.

Qeyd edək ki, 45 yaşlı təcrübəli məşqçi daha əvvəl İstanbulun “Beşiktaş” U-21-i, həmçinin “Başakşəhər” U-21 və U-19 komandalarının baş məşqçi vəzifələrində çalışıb.