İDMAN

30 Yanvar

Atletika üzrə dünya çempionatı təxirə salınıb – SƏBƏB

Çinin Nankin şəhərində martda keçirilməli olan atletika üzrə qapalı məkanda dünya çempionatı ölkədəki koronavirusla əlaqədar təxirə salınıb.

Fins.az-ın məlumatına görə, bu barədə Ümumdünya Atletikası qərar qəbul edib. Mundial 2021-ci ilin martında təşkil olunacaq.

Nankini başqası ilə əvəzləməyə çağıran ölkələrə minnətdarlığını bildirən qurum bundansa yarışın vaxtını dəyişməyi məqsədəuyğun sayıb: "İndi biz dünya çempionatını 2021-ci ildə keçirmək üçün idmançılar, tərəfdaşlar və Nankinin Təşkilat Komitəsi ilə işləyəcəyik. Mundiala genişmiqyaslı planlaşdırması və hazırlığını nəzərə alaraq, bu şəhərin təşkilatçı olmasını istərdik".

Qeyd edək ki, koronavirusla əlaqədar Çində aprelədək bütün idman tədbirləri ləğv olunub. Ölkədə bu epidemiyaya yoluxan 6 minədək insandan 130-u ölüb.