İDMAN

28 Yanvar

Sergen Yalçın \"Beşiktaş\" klubunun baş məşqçisi təyin olunub

Abdullah Avcı ilə yollarını ayıran Türkiyənin "Beşiktaş" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Fins.az-ın "NTV Spor"a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisini bundan sonra Sergen Yalçın çalışdıracaq.

47 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Cari mövsüm Superliqanın digər təmsilçisi "Yeni Malatyaspor"u çalışdırmış S.Yalçın bu il yanvarın 15-də vəzifəsindən istefa verib.

Qeyd edək ki, Sergen Yalçın futbolçu karyerası ərzində 1991 - 1997 və 2002 - 2006-cı illərdə "Beşiktaş"ın şərəfini qoruyub.