DÜNYA

20 İyul
11

Büdcəyə əlavə 10 milyard dollar artıq vəsait daxil olub

Fins.az xəbər verir ki, Rusiyanın Baş nazirinin birinci müavini, Maliyyə naziri Anton Sulianov qeyd edib ki, büdcəyə daxil olan əlavə 650 milyard rubl (17,6 milyard manat -10milyard dollar ) ümumi daxili məhsulun 0,6 faizini təşkil edir. Onun sözlərinə görə, əldə edilən əlavə vəsait iqtisadi artımın stimullaşdırılmasına yönəldilir.
Qeyd edək ki, Rusiyada əlavə dəyər vergisinin (ƏDV) dərəcəsi 2019-cu il yanvarın 1-dən 18 faizdən 20 faizə qaldırılmışdı.

Anton Sulianov qeyd edib ki, ƏDV dərəcəsinin qaldırılmasının inflyasiyaya təsiri gözlənildiyindən az olub: "Bu o deməkdir ki, kredit resurslarının dəyəri sürətlə düşməyə başlayıb. Ümumilikdə iqtisadiyyata təsirinə gəldikdə isə, ƏDV neytral vergidir. Bazar rəqabətqabiliyyətli olduqda ƏDV-nin dərəcəsinin artırılması malların qiymətlərinin artımına səbəb olmaya da bilər. Yeri gəlmişkən, sosial əhəmiyyət daşıyan məhsullar və ərzaq məhsulları üçün ƏDV dərəcəsi artırılmamışdı", - Baş nazirin birinci müavini vurğulayıb.