DÜNYA

16 İyul
5

Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Türkiyəyə qarşı Kiprin xüsusi iqtisadi zonasında karbohidrogen yataqlarının kəşfiyyatı ilə bağlı sanksiyaları təqdir edib.

Fins.az xəbər verir ki, sanksiya tədbirləri həmçinin Türkiyənin Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsinin azaldılmasını və hava əlaqəsi haqqında saziş üzrə danışıqların dayandırılmasını nəzərdə tutur.

Bundan əlavə, əgər Türkiyə öz mövqeyindən imtina etməzsə digər sanksiyaların, o cümlədən yataqlarının kəşfiyyatında iştirak edən ayrı-ayrı şəxslər və ya şirkətlər barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqidə mümkündür.