DÜNYA

03 İyul
5

Tramp FED idarə heyyətinin boş yerlərinə öz namizədlərini təqdim edib

ABŞ Prezidenti Donald Tramp, FED İdarə Heyəti üzvlüyü üçün boş olan iki yer üçün dəstəkləyəcəyi namizədlərin irəli sürüb. Fins.az-ın "Bloomberg"ə istinadən xəbər verir ki, Trampın mərkəzi bank üçün müəyyən etdiyi iki adın ortaq bir nöqtəsi var. Hər ikisi də ABŞ Prezidentinin aşağı faiz çağırışını yəqin ki, dəstəkləyəcəkdir.

Sözügedən vəzifə üçün Trapm tərəfindən göstərilən şəxlərdən biri qurumun içindən gələn Christopher Waller-dir. Digəri isə pul siyasətinə dair qeyri-adi fikirlərinə görə tənqid edilən Judy Shelton-dur.

Qeyd edək ki, təklif edilən hər iki namizəd ABŞ Senat tərəfindən təsdiq olunmalıdır.