DÜNYA

15 Mart

Avrozonada sənaye istehsalı gözləntiləri üstələyir

Avrozonada sənaye istehsalı yanvar ayında əvvəlki aya görə 0,7% artıb. Gözlənti 0,3 % artım idi.

Fins.Az “Bloomberg”ə istinadən xəbər verir ki, 19 üzvlü Avrozonada sənaye istehsalı yanvarda dekabr ayı ilə müqayisədə  0,7%, 2022-ci ilin yanvar ayına görə isə 0,9% artıb.

Yanvar ayında Avropa İttifaqı ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq artım 9,3% ilə İrlandiyada, 5 % ilə İsveçdə və 2% ilə Rumıniyada müəyyən edilib. Ən çox azalma  7,1% ilə Danimarkada, 5 %lə Macarıstanda və 4,3 %lə Hollandiyada müşahidə olunub.

Zəminə Hüseyn
Fins.az