DÜNYA

24 Yanvar

Almaniyada Biznes aktivliyi neqativ zonada qaldı

Almaniyadan açıqlanan statistik rəqəmlərə görə cari ilin ilk ayında Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi bir qədər də geriləyərək neqativ zonada qaldı - 47.0 bənd. Qeyd edək ki, 50 bənd səviyyəsinin üzəri pozitiv zona olaraq qəbul edilir ki, bu da aktivliyin yuxarı olması kimi xarakterizə edilir.

Fins.Az xəbər verir ki, sənaye sektoru ilə müqayisədə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi proqnozları üstələyərək 50.4 bənd olmuş və aylar sonra pozitiv zonaya yüksəlmişdir. Analitiklər göstəricinin 49.2 bənddən 49.6 bəndə yüksələcəyini ehtimal edirdilər.