DÜNYA

02 Dekabr

Maskın çılğın layihəsi Neuralink-də insan təcrübələri gəlir

Elon Musk, şirkətlərindən biri olan Neuralink-in tədbirində şirkətin üç fərqli cihaz hazırladığını və altı aydan sonra insanlar üzərində sınaqların başlayacağını açıqladı.

"Fins.az" xəbər verir ki, ilk cihaz insan beyninə yerləşdiriləcək, düşüncə gücü ilə və kompüter vasitəsilə ünsiyyət qurmağa imkan verəcək. Digər iki cihazdan birincisi iflic olanların hərəkət etməsi üçün onurğa sütununa, ikincisi isə görmə qabiliyyətini itirmiş insanların yenidən görməsi üçün gözə yerləşdiriləcək.
İlon Maska məxsus Neuralink, şirkətin baş ofisində keçirilən tədbirdə, altı ay ərzində sikkə ölçüsündə olan cihazını insan beyninə yerləşdirməyi hədəflədiyini açıqlayıb. 

Şirkət öz cihazını və kəllənin bir parçasını kəsərək cihazı insan beyninə yerləşdirəcək robotunu inkişaf etdirməyə davam edir. İnsan üzərində sınaqlar üçün tarix verə bilmək şirkətin ABŞ Qida və Dərman Administrasiyası ilə müzakirələrinin yaxşı getdiyini göstərir.