DÜNYA

09 İyul

Fitch: ABŞ-da iqtisadi artım yavaşlayacaq

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi ABŞ-ın xarici valyutada uzunmüddətli kredit reytinqini "AAA" olaraq təsdiqləyib və proqnozunu "mənfi"dən "stabil"ə dəyişib.

Fins.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Proqnozun yüksəldilməsinə səbəb ABŞ-ın güclü iqtisadi artımı və dövlət gəlirləri ilə yaxşılaşan qısamüddətli dövlət borcunun dinamikasıdır. Məlumata görə, ABŞ-da iqtisadi artım bu ilin ikinci yarısında və 2023-cü ildə yavaşlayacaq. Belə ki, bu il ölkə iqtisadiyyatının 2,9%, gələn il 1,5%, 2024-cü ildə isə 1,3% böyüməsi proqnozlaşdırılır.

Eyni zamanda, ABŞ-da 2022 və 2023-cü illər üçün orta inflyasiya gözləntilərinin müvafiq olaraq 7,8% və 3,7% olacağı gözlənilir.