DÜNYA

27 Sentyabr

“Turkovac” “Sinovac”a bərabər bir peyvənddir” – PROFESSOR

Türkiyənin Hacəttəpə Tibb Universitetinin professoru Murad Akova koronavirusa qarşı yerli “Turkovac” peyvəndinin sınaqlarında iştirak edib.

O, bugünədək vaksinin heç bir yan təsirinin görülmədiyini bildirib.

Həkim Türkiyə peyvəndinin əksər xüsusiyyətlərinə görə Çinin “Sinovac” vaksiniylə eyni olduğunu bəyan edib.

Alim, həmçinin bütün COVID vaksinlərinin təsirinin bir neçə aydan sonra azaldığını və hələ ki, vurisdan 100% qoruyan peyvəndin olmadığını vurğulayıb.

Mənbə: “Haber Global”