DÜNYA

29 İyul

Bu ay bazar dəyəri təxminən 170 milyard dollar AZALIB

Çinin texnologiya şirkətlərinə məhdudiyyətlər tətbiq etməsi internet nəhəngi Tencent-in səhmlərinin düşməsinə səbəb olub.

Fins.az xəbər verir ki, İyul ayında şirkətin səhmləri 23% ucuzlaşıb və bazar dəyəri təxminən 170 milyard dollar "əriyib".

İyul ayında bazar dəyəri ən çox düşən 10 şirkətdən 9-u Çin şirkəti olub. 

Meituan və Alibaba-nın da səhmləri ucuzlaşıb.

Çinin texnologiya sektoruna dair tənzimləmələrindən sonra Tencent-in sahibi olduğu sosial media nəhəngi WeChat ötən günlərdə yeni üzv qəbulunu dayandırmış, bu vəziyyət bazarlarda da narahatlığına səbəb olmuşdur.

Çinin bu həftə təhsil səhəsində etdiyi son tənzimləmələr də birjalardakı satışları dərinləşdirib. 

Analitiklər, tənzimləmələrin hələ sona çatdığını düşünmürlər. Çin rəsmiləri üçün məlumatların qorunması ən böyük prioritetdir. Bu artıq yeni normaldir.