DÜNYA

17 İyul

Ispaniyada yoxsulluq artıb

2008-ci il iqtisadi böhranından sonra İspaniyada yoxsulluq və sosial bərabərsizlik tədricən azalsa da, vəziyyət yenidən pisləşib.

Belə ki, koronavirus pandemiyası ilə bağlı olaraq iqtisadiyyatın yenidən zəifləməsi ciddi fəsadlara səbəb olub. İspaniya Milli Statistika İnstitutunun məlumatına görə, ölkədə ifrat yoxsulluq həddi 7 faizədək artaraq, təqribən 3,3 milyon nəfər təşkil edib.