DÜNYA

03 May

Müsəlmanların sayı artıb

Almaniya əhalisinin təxminən 6,5 faizini müsəlmanlar təşkil edir. Üstəlik, onların, demək olar ki, yarısı Almaniya vətəndaşlarıdır.

Bu barədə Almaniyanın miqrasiya və qaçqınların işi üzrə federal qurumu məlumat verib. Ölkədə 5,3–5,6 milyon müsəlman yaşayır və bu rəqəm 5 il öncəki rəqəmdən 1 milyon çoxdur. Ölkədəki müsəlmanların 45 faizi Türkiyədən gələnlər və onların övladlarıdır, 27 faiz Yaxın Şərq və Şimali Afrika əsilli, 20 faiz isə Cənub-Şərqi Avropa əsillidir.

Xəbəri “Bild” verib.